BAYRAQDAR MEDİA – Ege Üniversiteti Qastronomiya Topluluğu mətbəx mədəniyyətinin zənginliyi və qastronomiyanın multidissiplinar xüsusiyyətinə həsr olunmuş tədbir təşkil edib.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, universitetin Tibb Fakültəsinin B amfisində keçirilən “Ege və Aralıq dənizi mətbəx mədəniyyəti” adlı söhbət proqramına aqrar mühəndis və qastronom Tangör Tan məruzəçi kimi qatılıb: “Tədbirdə yerli istehsaldan qlobal kənd təsərrüfatı siyasətinə, mətbəx tarixindən şüurlu istehlakın əhəmiyyətinə qədər müxtəlif mövzular müzakirə olunub. Tangör Tan bildirib ki, qastronomiya çox vaxt yalnız mətbəx prosesləri kimi başa düşülür, halbuki bu sahə sosial və təbiət elmlərini birləşdirən geniş elmi platformadır. O, gənclərə yaşadıqları coğrafiyanı və onun mədəni dəyərlərini yaxşı tanımağı tövsiyə edərək qeyd edib ki, insanı formalaşdıran əsas amillərdən biri də doğulduğu mühitdir”.
Tədbirin sonunda Qastronomiya Topluluğunun tələbələri tərəfindən interaktiv bilik yarışı keçirilib və qalib olan üç tələbəyə hədiyyə çekləri təqdim olunub.






İlk şərhi yaza bilərsiniz