BAYRAQDAR MEDİA – Vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır. 2025-ci ildə azçəkili doğulan 1445 yenidoğulmuş küvəzdəxüsusi tibbi nəzarət altındasaxlanılmış, tənəffüs çatışmazlığı diaqnozu qoyulan 2538 yenidoğulmuşisə oksigenlə, ventilator dəstəyi və digər təcili reanimasiya üsulları ilə müalicə alıb. Yenidoğulmuşlara ümumilikdə 109 mindən çox tibbi xidmət göstərilib.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki vaxtından əvvəl doğulmuş uşaqlar (prematur) hamiləliyin 37-ci həftəsindən əvvəl dünyaya gələn uşaqlardır: “Onlar çox vaxt az çəki ilə doğulurlar. Erkən və azçəkili doğulan körpələrdə tənəffüs problemləri, intrakranial qanaxmalar, sarılıq və çəki artımının zəif olması kimi ağırlaşmalar baş verə bilər. Uzunmüddətli dövrdə isə nitq inkişafında gecikmələr, görmə və eşitmə problemləri, xroniki ağciyər xəstəlikləri müşahidə oluna bilər. Lakin adekvat neonatal qulluq, düzgün qidalanma, infeksiyaların profilaktikası və erkən reabilitasiya bu nəticələri xeyli yaxşılaşdırır”.
Məlumata görə bu körpələr adətən neonatal reanimasiya və ya intensiv terapiya şöbəsində saxlanılır: “Əsas məqsəd körpənin həyati funksiyalarını stabilləşdirmək, inkişafını dəstəkləmək və ağırlaşmaların qarşısını almaqdır. Vaxtından əvvəl doğulan uşaqlar üçün immun sisteminin zəif olması mühüm risk amilidir.Bu səbəbdən vaxtından əvvəl doğulan uşaqlarda tez-tez xəstəliklər baş verə bilər. Buna görə də onlar təmiz və demək olar ki, steril şəraitdə saxlanılmalı, ümumi vəziyyətləri imkan verdikcə planlı vaksinasiyaları həyata keçirilməlidir. Görmə və eşitmə ilə bağlıproblemlərin vaxtında aşkar edilməsi üçün yenidoğulmuşlarda ROP (vaxtından əvvəl doğulmuşların retinopatiyası) və audioloji müayinələr aparılır. Sadalanan müayinə metodları icbari tibbi sığorta hesabına qarşılanır”.






İlk şərhi yaza bilərsiniz