Press "Enter" to skip to content

Murtaza Karaçanta: Bu il də ənənəmizə sadiq qalacağıq

Murtaza Karaçanta

Son yeniləmə: 7 Dekabr 2021 14:19

Bayraqdar.info – Hər il olduğu kimi bu il də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə tədbirlər keçiriləcək. Öz növbəsində bayraqdar.info olaraq bu gündən etibarən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Türkiyədə düzənlənəcək tədbirlərlə bağlı silsilə məlumatlar verəcəyik. Bunun üçün isə qardaş ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərən diaspor təşkilatları, həmçinin Azərbaycanın dostu olan şəxs və dərnəklərin fikirlərini təqdim edəcəyik.

Beləliklə, ilk müsahibimiz İzmirdə fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyinin başqan yardımçısı Murtaza Karaçanta “Biz hər il İzmirdə yaşayan azərbaycanlıları bir araya toplayaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçiririk. Bu il də ənənəmizə sadiq qalacağıq”, – deyib.

Onun sözlərinə görə, Dərnək olaraq bu il tədbirin dekabrın 25-də keçirilməsinə qərar veriblər: “Onu da deyim ki, tədbirimizə Azərbaycandan da qonaqlar qatılacaq. İnşallah, tanınmış sənətçilərimiz də bizimlə birlikdə İzmirdə bayramı qeyd edəcəklər. Məsələn dəyərli sənətçimiz Mələkxanım Əyybova tədbirimizə rəng qatacaq. Eyni zamanda, Türkiyədə yaşayan Azərbaycan əsilli sənətçi dostlarımız da bayram tədbirimizdə iştirak edəcəklər”.

“Məqsədimiz İzmirdə yaşayan Azərbaycan türklərini, həmçinin Azərbaycandan müvəqqəti işləmək, yaşamaq, yaxud da təhsil almaq üçün İzmirə gələnləri bu bayramda bir araya gətirməkdir. Bununla da birlik və bərabərliyimizi bir daha İzmirdən bütün dünyaya bəyan edəcəyik”, – deyə, müsahibimiz sonda bildirib.

Mission News Theme by Compete Themes.