Press "Enter" to skip to content

Lüksemburq XİN-in rəhbəri proseslərə ermənisayağı yanaşır

Xarici İşlər Nazirliyi

Son yeniləmə: 22 Mart 2021 09:51

Bayraqdar.info – Lüksemburqun Xarici işlər naziri Jan Asselborn ilk dəfə deyil ki, Azərbaycanla bağlı qərəzli, tamamilə əsassız, bölgədə sülh və sabitliyin təmin olunmasına xidmət etməyən bəyanatlarla çıxış edir.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti Lüksemburq Xarici işlər nazirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı suala verdiyi cavabına dair şərhində bildirilib.

Qeyd olunub ki, Lüksemburq parlamentinin üzvünün suallarına cavabında Jan Asselbornun erməni propaqandasının tezislərini təkrarladığı diqqətdən yayınmır: “Yaxşı olardı ki, Lüksemburqun Xarici işlər naziri digər bölgələrdəki vəziyyətlə bağlı açıqlama verməzdən əvvəl təmsil etdiyi ölkənin etibarlılığına xələl gətirməmək adına ən azı mövcud həqiqətlərlə tanış olsun”.

Mission News Theme by Compete Themes.