Press "Enter" to skip to content

HEYƏTİMİZ

Azər HƏSRƏT

No: 001 Baş redaktor – İmzası: Azər HƏSRƏT
Adı: Azər; Ata adı: Hacıqulu; Soyadı: Həsrət
Haqqında: Azərbaycan Respublikasının Əməkdar jurnalisti, BAYRAQDAR MEDİA-nın qurucusu və baş redaktoru. 03 avqust 1968-ci ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olub. Bakı Baza Energetika Texnikumunu (1991) və Bakı Dövlət Universitetini (1997) bitirib. Kanada İnsan Haqları Məktəbinin (1999) məzunudur. 1995-ci ildən jurnalist fəaliyyəti ilə məşğul olur. Azərbaycan dili ilə yanaşı türk, ingilis və rus dillərində də jurnalist fəaliyyəti ilə məşğuldur. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri, İctimai TV və Radio Yayımları Şirkəti İctimai Yayım Şurasının üzvüdür. Eyni zamanda Beynəlxalq Mətbuat İnstitunun (Vyana) üzvüdür.
Əlaqə üçün – Votsap: +994 (50) 335 27 95; E-poçt: bilgi@bayraqdar.info; Twitter: @azerhasret


Nadir AZƏRİ

No: 002 Baş redaktorun müavini – İmzası: Nadir AZƏRİ
Adı: Nadir; Ata adı: Nəbi; Soyadı: İsmayılov
Haqqında: Azərbaycan Respublikasının Əməkdar jurnalisti, BAYRAQDAR MEDİA-nın baş redaktorunun müavini. 26 fevral 1973-cü ildə Yevlaxın 2-ci Salamabad kəndində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (1998) bitirib. 1992-ci ildən etibarən dövri mətbuatda ilk yazıları Yevlaxın o zamankı “Təşəbbüs” (indiki “Kür”) qəzetində dərc edilib. 1995-ci ildə Gənclər və İdman Nazirliyinin mətbu orqanı olan “P.S. Gənclik”qəzetinin zona müxbiri kimi fəaliyyət göstərib. Həmin vaxtdan bu günə kimi ölkənin tanınmış mətbu orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hazırda həm də Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədridir.
Əlaqə üçün – Votsap: +994 (55) 263 99 44; E-poçt: nadir@bayraqdar.info


No: 003 Redaktor – Ləğv edilib.


Ayxan HƏSRƏT

No: 004 İnzibatçı-müxbir – İmzası: Ayxan HƏSRƏT
Adı: Ayxan; Ata adı: Azər; Soyadı: Həsrət
Haqqında: BAYRAQDAR MEDİA-nın inzibatçısı. 31 mart 2003-cü ildə Bakı şəhərində anadan olub. 2020-ci ildə Bakıdakı 204 saylı tam orta məktəbdən məzun olub. Eyni ildə Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin politologiya ixtisasına qəbul olunub, tələbədir. Beynəlxalq Avrasiya Mətbuat Fondunda könüllü (2021) olaraq fəaliyyət göstərib. Türk, ingilis və rus dillərini bilir. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin üzvüdür.
Əlaqə – E-poçt: ayxan@bayraqdar.info; Twitter: @ayxanhasret


Röya İSRAFİL
Röya İSRAFİL

No: 005 Müxbir – İmzası: Röya İsrafil
Adı: Röya; Soyadı: İsrafilova
Haqqında: BAYRAQDAR MEDİA-nın müxbiri. 16 may 1991-ci il Saatlı rayonunda anadan olub. 2011-2015-ci illərdə Bakı Qızlar Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Müxtəlif illərdə Dialoq TV, Yeni media, Agro TV, Qəbələ TV və s. internet kanallarında xəbərlər buraxılışının aparıcısı, MZ Production-ın layihəsi olan “Müasir Azərbaycan Gənci” (MAG) proqramında müxbir kimi işləyib. Həmçinin, AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında təhsil alıb. 2017-ci ildən AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsində işləyir.
Əlaqə üçün – Votsap: +994 (51) 442 29 19; E-poçt: roya@bayraqdar.info


Bayraqdar.info: QR Code
Mission News Theme by Compete Themes.