Press "Enter" to skip to content

Daha bir test imtahanı keçiriləcək

BAYRAQDAR MEDİA – 18 noyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçiriləcək.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Məlumatda deyilir ki, imtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni “Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı” xidməti vasitəsi ilə əldə edə bilərlər.

İmtahan Bakı və Gəncə şəhərlərində kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 29 oktyabr – 10 noyabr 2026-cı il tarixlərində aparılıb və bu müddət ərzində 37 namizəd müraciət edib. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.