BAYRAQDAR MEDİA – AKUD Təbiət İdmanları tərəfindən İğdırın düşmən işğalından azad edilməsinin 106-cı ildönümü olan 14 noyabr tarixində COP31 maarifləndirmə yürüşü təşkil edilib. Tədbirin məqsədi iqlim dəyişikliyinə və şəhərdə getdikcə artan hava çirklənməsinə diqqət çəkmək olub.
Bu barədə yesiligdir.com saytı məlumat yayıb.
Bildirilib ki, İğdırda ilk dəfə ictimaiyyətə açıq şəkildə keçirilən yürüş Vali Yolu piyada marşrutunun başlanğıcından start götürüb. Müxtəlif yaş qruplarından olan vətəndaşların qatıldığı təxminən 5 kilometrlik yürüş Millət Bağında başa çatıb. Tədbirlə Türkiyənin ev sahibliyi etdiyi COP31 prosesinə İğdırdan dəstək verilməsi və şəhərin əsas ekoloji problemlərindən biri olan hava çirklənməsinin gündəmə gətirilməsi hədəflənib. AKUD Klubunun sədr müavini Furkan Arat 14 noyabrın İğdır üçün tarixi əhəmiyyət daşıdığını bildirib. O, azadlıq mübarizəsinin bu gün təmiz hava uğrunda mübarizə ilə birləşdirilməsini istədiklərini vurğulayıb.






İlk şərhi yaza bilərsiniz