BAYRAQDAR MEDİA – Türkiyə Universitet İdmanları Federasiyasının təşkilatçılığı ilə Ordu Universitetinin ev sahibliyində keçirilən ÜNİLİG Boks üzrə Türkiyə çempionatı başa çatıb.
Yarışda Çanakkale On Sekiz Mart Universitetini məşqçi, müəllim Semih Öztürkün rəhbərlik etdiyi komanda təmsil edib.
Qadınların 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Şevval Köse üçüncü yeri tutaraq bürünc medal qazanıb. Kişilərin 80 kiloqram çəki dərəcəsində çıxış edən Tarık Ahmet Çələbi isə gərgin mübarizədən sonra rəqibinə xallarla məğlub olub. Maraqlıdır ki, Çələbinin məğlub olduğu idmançı turnirin sonunda Türkiyə çempionu adını qazanıb.
Universitet rəhbərliyi medal qazanan idmançını, eləcə də yarışda əzmkarlıq göstərən digər təmsilçini və komandanın məşqçisini təbrik edib.






İlk şərhi yaza bilərsiniz