BAYRAQDAR MEDİA – Qadınlar Super Liqasında uğurlu nəticələri ilə diqqət çəkən MC Sistem Yozgat Gənclik İdman komandası Bursa Böyükşəhər Bələdiyyəsini də məğlub edərək xallarının sayını 13-ə çatdırıb. Komandanın prezidenti Ebubekir Uçar mövsümün sonunda ilk üçlükdə yer alaraq Yozqatı Avropa yarışlarında təmsil etmək istədiklərini bildirib.
Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.
Bildirilib ki, Super Liqadakı ilk mövsümünü keçirən komanda ötən il Birinci Liqanın qalibi olaraq yüksək liqaya yüksəlib. Bursa təmsilçisi üzərində 27:25 hesablı qələbə qazanan Yozqat komandası mövsümdə altıncı qələbəsini əldə edərək dördüncü pillədə qərarlaşıb. Komanda keçirdiyi 9 oyunda 6 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə 13 xal toplayıb, rəqib qapılarından 308 top keçirib. Klub prezidenti Ebubekir Uçar komandanın çıxışından məmnunluğunu ifadə edərək məşqçilərə və idmançılara təşəkkür edib. O, Türkiyə Kubokunda iştirak hüququ qazandıqlarını xatırladaraq şəhər sakinlərini komandaya dəstək olmağa çağırıb. Uçar mövsümün sonunda ilk üçlükdə yer almaq və Avropa kuboklarında iştirak etmək istədiklərini bildirib.






İlk şərhi yaza bilərsiniz