Press "Enter" to skip to content

“Qapı” kitabının təqdimatı

“Qapı” kitabının təqdimatı

BAYRAQDAR MEDİA – Noyabrın 5-fə Libraff mağazalar şəbəkəsinin Park Akademiya filialında şair-filosof Mikayıl Ruhandın “Qapı” kitabının təqdimat mərasimi keçirilib.

Bu haqda BAYRAQDAR MEDİA-ya müəllif özü məlumat verib.

Xəbərdə deyilir ki, “ədəbiyyat və incəsənət nümayəndələrinin iştirak etdiyi tədbirdə şair-dramaturq İlqar Fəhmi görüşü açıq elan edib, kitabın ön sözünün müəllifi ədəbiyyatşünas-şair Dalğa Xatınoğlu, kitabın redaktoru şairə Mənsurə Qaçayqızı çıxışlarla davam edib. Görüşdə fəlsəfə doktoru Müşviq Ötkün, Əməkdar artist Nicat Kazımov, folklorçu alim İşıqlı Atalı və “Real” tv-nin aparıcısı tanınmış jurnalistı İlham Şaban çıxış edərək müəllifin yaradıcılığından, kitabın zəngin mahiyyətindən bəhs ediblər. Daha sonra müəllifə söz verilib, imza saatı keçirilib və xatirə fotoları çəkilib”.

Ardınca xəbərdə, “qeyd edək ki, müəllifin “Elm və təhsil” nəşriyyatında nəşr olunan “Qapı” axtarışların və sualların kitabıdır. Kitabda fəlsəfə, hikmət, varlıq, əxlaq və insanilik kimi vacib anlayışlara toxunulub, həmçinin Qərb filosoflarının və Şərq müdriklərinin həyata, insana, dünyaya münasibətlərinə baxışlar yer alıb. Kitabda müxtəlif fəlsəfi baxışların qarşılaşdırılması, onların ortaq və fərqli cəhətlərinin araşdırılması insanın həqiqət axtarışlarına yeni məna qazandırır. Kitabın ön sözünün müəllifi D.Xatınoğlu, redaktoru M.Qaçayqızıdır” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.