Press "Enter" to skip to content

Bayram günləri üçün geomaqnit hava proqnozu

Bayram günləri üçün geomaqnit hava proqnozu

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bayram günləri üçün geomaqnit hava proqnozunu açıqlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Dörd günlük proqnoza əsasən noyabrın 12-dək geomaqnit sahənin normal fon səviyyəsində, orta coğrafi enliklərdə sakit olacağı gözlənilir. Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 2026-cı il 9-10 noyabr tarixləri üçün 4-3, 11-12 noyabr tarixləri üçün 3-2 aralığında, yüksək coğrafi enliklərdə isə 4-5 intervalında olacaq”.

9-12 noyabr tarixlərində orta coğrafi enliklərdə, o cümlədən Azərbaycan ərazisində geomaqnit sahəsinin əsasən stabil və ya zəif həyəcanlaşmış (sakit) səviyyədə olacağı proqnozlaşdırılır. Bu dövrdə Yerdə güclü və ya dağıdıcı geomaqnit qasırğasının baş vermə ehtimalı olduqca aşağıdır. Güclü geomaqnit qasırğası gözlənilmir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.