Press "Enter" to skip to content

DAÜ rəhbərliyi səfirlə görüşüb

BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universitetinin (DAÜ) Vəqf İdarəçiləri Şurasının sədri Recai Ergün və universitetin rektoru professor Hasan Kılıç Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçeriyə baş çəkiblər. Oktyabrın 30-da keçirilən görüşdə universitetin hazırkı fəaliyyəti, institusional prioritetləri və gələcək hədəfləri müzakirə olunub.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, tərəflər DAÜ-nün ali təhsil sahəsindəki mövqeyi və Türkiyə ilə qurulan institusional əlaqələrin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Səfir Ali Murat Başçeri qonaqları qəbul etməkdən məmnunluğunu ifadə edərək Recai Ergünə yeni vəzifəsində uğurlar arzulayıb. Görüşün sonunda universitet rəhbərliyi tərəfindən səfirə xatirə hədiyyəsi təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.