Press "Enter" to skip to content

Eskişehir Osmangazi Universiteti beynəlxalq təhsil sərgilərində iştirak edir

BAYRAQDAR MEDİA – Eskişehir Osmangazi Universiteti Pekində keçirilən Çin Beynəlxalq Təhsil üzrə İllik Konfrans və Sərgisi (CACIE 2026), eləcə də Çin Təhsil Sərgisində (CEE 2026) iştirak edir.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, oktyabrın 29-31-də təşkil olunan tədbirlərdə universiteti rektor, professor Emine Gümüşsoy, rektor müavini, professor Şerife Yücesoy Özkan və Beynəlxalq Əlaqələr Bölməsinin koordinatoru, dosent Mahmut Sami İşlek təmsil edirlər.

Tədbirlərdə beynəlxalq ali təhsilin aktual inkişaf istiqamətləri, qlobal təhsil əməkdaşlığı və universitetlər arasında tərəfdaşlıq imkanları müzakirə olunur. Eskişehir Osmangazi Universitetinin iştirakı ilə onun beynəlxalq səviyyədə tanınmasının artırılması, müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi, tələbə və əməkdaş mübadiləsi imkanlarının inkişaf etdirilməsi hədəflənir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.