Press "Enter" to skip to content

Dahi Nizami Gəncəvinin məqbərəsi və Gəncə Memorial Kompleksi ziyarət olunub

Xatirə fotosu

BAYRAQDAR MEDİA – 2026-cı il noyabrın 5-də “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun iştirakçıları Gəncədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.
Ziyarət zamanı QHT nümayəndələri dünya şöhrətli şairin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olublar. İştirakçılara Nizami Gəncəvinin zəngin ədəbi irsi, sərgilənən kitablar barədə ətraflı məlumat verilib.

Daha sonra forum iştirakçıları Ermənistanın müharibə cinayətlərini özündə əks etdirən Gəncə Memorial Kompleksində olublar. QHT nümayəndələri kompleksin önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

İştirakçılar kompleksin tərkibində fəaliyyət göstərən muzeyi də ziyarət edərək ekspozisiya zalları ilə tanış olublar. Onlara muzeydə nümayiş etdirilən arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri haqqında geniş məlumat verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.