BAYRAQDAR MEDİA – Beynəlxalq Final Universitetində iqtisadiyyat və inkişaf məsələlərinə həsr olunmuş “Kuzey Kıbrıs Türk Cümhuriyyəti üçün iqtisadi inkişaf modeli: qiymətləndirmə” mövzusunda konfrans keçirilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, universitet və Beşparmak Qrupunun birgə təşkil etdiyi tədbirdə Türkiyə Ali Təhsil Şurasının üzvü, “Bloomberg” nəşrinin müəllifi və “Harvard Business Review”un Məsləhət Şurasının üzvü doktor Şahin Yaman çıxış edib. Konfransın moderatoru Türkiyə İqtisadiyyat Qurumunun sabiq rəhbəri, professor Ercan Uygur olub.
Çıxışında KKTC-nin iqtisadi inkişaf perspektivlərini və davamlı iqtisadi artım üçün tətbiq oluna biləcək modelləri nəzərdən keçirən Şahin Yaman mövzu ilə bağlı fikirlərini bölüşüb. Tədbir akademik biliklərin cəmiyyətlə paylaşılması və KKTC-nin iqtisadi gələcəyinə dair müxtəlif yanaşmaların müzakirəsi baxımından əhəmiyyətli olub.






İlk şərhi yaza bilərsiniz