Son yeniləmə: 1 Noyabr 2026
BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı və heyvandarlıq sektorunun mühüm tədbirlərindən biri olan TEKNOTARIM’26 – 20-ci Manisa Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisinə hazırlıq davam edir.
Bu barədə manisahaberleri.com saytı məlumat verib.
Bildirilib ki, sərgi noyabrın 5-8-də Manisa Böyükşəhər Bələdiyyəsinin Sərgi Mərkəzində keçiriləcək. TACT Sərgi Şirkətinin təşkilatçılığı, müxtəlif qurumların dəstəyi ilə baş tutacaq tədbirdə 100-dən çox şirkətin və 300-dən artıq brendin iştirakı gözlənilir. Dörd gün davam edəcək sərginin istehsalçıların yeniliklərlə tanış olmasına, şirkətlərin məhsul və xidmətlərini təqdim etməsinə, eləcə də yeni iş əlaqələrinin qurulmasına şərait yaradacağı bildirilir.
Sərgi mərkəzində 5 min kvadratmetr qapalı və 10 min kvadratmetr açıq ekspozisiya sahəsi olacaq. Tədbir kənd təsərrüfatı və heyvandarlıq sahəsində fəaliyyət göstərən şirkətlərə məhsullarını tanıtmaq, müştərilərlə birbaşa əlaqə qurmaq və bazardakı mövqelərini gücləndirmək imkanı verəcək.





İlk şərhi yaza bilərsiniz