BAYRAQDAR MEDİA – Hazırda Türk Dövlətləri Təşkilatına üzv olan 8 dövlətin 2025-ci ildə ümumi milli gəliri təxminən 2,5 trilyon dollar təşkil edib.
Bunu AK Partinin sədr müavini, Ankara millət vəkili və partiyanın Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri, Prof. Dr. Kürşad Zorlu deyib.
O, qeyd edib ki, mal və xidmət ticarəti birlikdə nəzərə alındıqda bu göstərici 1,5 trilyon dollara çatıb.
Onun sözlərinə görə, TDT ekosistemi dünyanın ilk 10 iqtisadiyyatı sırasına daxil olmaq potensialına malikdir.
Kürşad Zorlu Türk dövlətlərinin ümumi milli gəlirinin 2002-ci ildə 359 milyard dollar olduğunu, 2025-ci ildə isə təxminən 2,5 trilyon dollara yüksəldiyini qeyd edib: “2026-cı il üçün proqnozumuz 2,64 trilyon dollardır. Başqa sözlə, 23 il ərzində təxminən 7 dəfə artım qeydə alınıb. Dünya iqtisadiyyatında payımız 2021-ci ildə 1,43 faiz olduğu halda, 2025-ci ildə 2,1 faizə yüksəlib. Artım sürətinə görə də dünyanın mühüm birliklərindən biriyik. 2025-ci ilin ilk doqquz ayında TDT iqtisadiyyatlarının orta artımı təxminən 6 faiz olub ki, bu da qlobal artımdan təxminən iki dəfə çoxdur.”






İlk şərhi yaza bilərsiniz