Press "Enter" to skip to content

Rəqəmsallaşmanın ailə ünsiyyətinə təsiri müzakirə olunub

BAYRAQDAR MEDİA – Yozgat Bozok Universitetinin Elmi Kommunikasiya Ofisi “Motivasiya və uğura aparan ilk addımlar” və “Rəqəmsallaşma və ailə ünsiyyəti” mövzularında “Elm Kafe” tədbirləri təşkil edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, Kadışehri Şəhid Nuri Çelik ibtidai və orta məktəblərində keçirilən tədbirlərdə yerli rəhbərliyin nümayəndələri, şagirdlər və onların ailələri iştirak ediblər. Universitetin Kommunikasiya fakültəsinin dekanı, professor Zülfiyə Acar Şentürk şagirdlərə özlərini tanımaq, məqsədlərini müəyyənləşdirmək, özünəinamı inkişaf etdirmək və çətinliklər qarşısında motivasiyanı qorumaq barədə məlumat verib.

Digər tədbirdə rəqəmsal texnologiyaların ailədaxili münasibətlərə təsiri, texnologiyadan şüurlu istifadə və üzbəüz ünsiyyətin əhəmiyyəti müzakirə olunub. Tədbirlər iştirakçıların suallarının cavablandırılması və fikir mübadiləsi ilə başa çatıb

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.