Press "Enter" to skip to content

Dialoq Forumu çərçivəsində beynəlxalq tədbir

Dialoq Forumu çərçivəsində beynəlxalq tədbir

BAYRAQDAR MEDİA – VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 26-da “GEC+Baku”: yaradıcı sənayelər” mövzusunda beynəlxalq tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “”Sahibkarlar – əlaqəli dünyanın diplomatları” şüarı altında təşkil edilən tədbir sahibkarlığın beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası dialoqun gücləndirilməsində roluna həsr olunub. Qlobal Sahibkarlıq Şəbəkəsi, İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbir üç panel sessiyadan ibarət olub. Tədbirin açılışında mədəniyyət nazirinin müavini Səadət Yusifova və başqaları çıxış edərək mədəniyyət və yaradıcı sənayelərin iqtisadiyyatın şaxələndirilməsində yerindən və rolundan danışıblar”.

Ardınca xəbərdə, “”Sərhədləri aşan siyasət: hökumət nümayəndələrinin paneli” adlı paneldə sahibkarların sərhədlərarası fəaliyyətini çətinləşdirən siyasət və tənzimləmə maneələri, hökumətlərin bu sahədə tətbiq etdiyi həllər və onların səmərəliliyi müzakirə olunub. Paneldə, həmçinin ölkələrin uğurlu siyasət təcrübələri, səmərəli həllərin təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.