Press "Enter" to skip to content

“Rota İğdır” turizm potensialının təbliğində mühüm rol oyanayaca

Iğdır

BAYRAQDAR MEDİA – İğdırın tarixi, təbii və mədəni dəyərlərini, yerli mətbəx nümunələrini, yerləşmə imkanlarını və səyahət marşrutlarını vahid platformada birləşdirən “Rota İğdır – Rəqəmsal Tanıtım Layihəsi” həyata keçirilir.

Bu barədə yesiligdir.com saytı məlumat yayıb.

Bildirilib ki, İğdır Mədəniyyət, Turizm və Tanıtım Dərnəyinin hazırladığı, Serhat İnkişaf Agentliyinin texniki dəstəyi ilə icra olunan layihənin məqsədi şəhərin turizm potensialını tanıtmaq və ziyarətçilərin lazım olan məlumatlara vahid platformadan çıxışını təmin etməkdir.

www.rotaigdir.com ünvanında yerləşən platformada İğdıra nəqliyyat imkanları, yerləşmə yerləri, yerli yeməklər, tarixi məkanlar və təbii gözəlliklər barədə məlumatlar təqdim olunur. Ziyarətçilər həmçinin şəhərdə keçirilən tədbirləri, gəzməli yerləri, səyahət marşrutlarını və restoranları nəzərdən keçirərək səfərlərini planlaşdıra biləcəklər.

Platformanın türk, ingilis, rus və fars dillərində fəaliyyət göstərməsi nəzərdə tutulur. Layihənin İğdırın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcəyi gözlənilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.