Press "Enter" to skip to content

Su balansının onlayn artırılması mümkün olacaq

Eskisehir

BAYRAQDAR MEDİA – Eskişehirdə su balansının onlayn artırılması sistemi oktyabrın 26-da istifadəyə veriləcək. Yeni sistem vasitəsilə abonentlər su balansını telefonları üzərindən artıra biləcəklər.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, Eskişehir Böyükşəhər Bələdiyyəsinin sədri Ayşə Ünlücə bildirib ki, “2026 Eskişehir İli” çərçivəsində hazırlanan ES2026 Yeni Nəsil Sayğac və Onlayn Su Yükləmə Sistemi bələdiyyənin ESKİ Baş İdarəsinin mühəndislik və tədqiqat-inkişaf imkanları ilə hazırlanıb. Sistem istifadəyə verildikdən sonra abonentlərin su balansını artırmaq üçün xüsusi terminallara getməsinə ehtiyac qalmayacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.