Press "Enter" to skip to content

“Qəhrəmanlıq zirvəsi” kitabı MEK-də

“Qəhrəmanlıq zirvəsi” kitabı MEK-də

BAYRAQDAR MEDİA – “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Zərifə Quliyeva müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabını Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu münasibətlə MEK-də keçirilən görüşdə Prezidentin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri Mətanət Qafarova və Lətifə Novruzova, Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədr müavini, qazi Ramin Şirinov, qazi Asxab Kalayev, “Qarabağ Qaziləri” Birliyinin sədr müavini Seymur Abdullayev, Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Afiqə Batıyeva və Xocalı şəhər sakini Çinarə Sadiqova iştirak ediblər. Görüşdə çıxış edən iştirakçılar “Qəhrəmanlıq zirvəsi” kitabının əhəmiyyətindən bəhs edərək bu cür nəşrlərin Azərbaycanın qəhrəmanlıq tarixinin yaşadılması, şəhid və qazilərin döyüş yolunun təbliği, eləcə də gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynadığını vurğulayıblar”.

Sonra xəbərdə, “qeyd olunub ki, kitabda 44 günlük Vətən müharibəsi, şəhidlərin həyat və döyüş yolu, hərbi əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıqlar haqqında məlumatlar yer alıb. Nəşr Azərbaycanın hərb tarixinin təbliği, qəhrəmanların tanıdılması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyət daşıyır. Kitabın müəllifi Z.Quliyeva çıxışında Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və vətənpərvərlik ideyalarının, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda qazanılmış tarixi Zəfərin təbliği baxımından “Qəhrəmanlıq zirvəsi” kimi nəşrlərin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, kitabın ərsəyə gəlməsində əsas məqsədin şəhid və qazilərin qəhrəmanlıq salnaməsini tarixdə əbədi yaşatmaq olduğunu qeyd edib. Müəllif vurğulayıb ki, Azərbaycan var olduqca şəhidlərimizin xatirəsi daim uca tutulacaq, qazilərimizin vətənpərvərlik nümunələri unudulmayacaq. Z.Quliyeva bu missiyanın həyata keçirilməsində MEK-in də xüsusi rolunu diqqətə çatdırıb” deyə qeyd olunur.

Xəbərdə həmçinin deyilir ki, “MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə çıxış edərək Z.Quliyevaya kitabı kitabxanaya təqdim etdiyinə görə minnətdarlığını bildirib və nəşrin fond üçün əhəmiyyətini vurğulayıb. O, fondda qorunan nəşrlərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış şəhid və qazilərin xatirəsinin yaşadılmasına, onların qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasına xidmət etdiyini qeyd edib. Görüşdə iştirak edən digər qonaqlar da bu istiqamətdə nəşrlərin hazırlanmasının əhəmiyyətindən danışıblar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.