Press "Enter" to skip to content

Yavər Özcan: “Bir millət, iki dövlət” ruhu siyasi hesabların fövqündədir

Yavər Özcan

BAYRAQDAR MEDİA – Milliyyətçi Hərəkat Partiyasının (MHP) Qars vilayət təşkilatının sabiq sədri Yavər Özcan Türkiyə ilə Azərbaycan arasındakı bağların siyasi hesabların fövqündə dayandığını bildirərək iki ölkənin münasibətlərini hədəfə alan fikirlərə etiraz edib.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Bildirilib ki, Yavər Özcan Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı açıqlamasında iki ölkə arasındakı qardaşlığın, qohumluq əlaqələrinin və strateji tərəfdaşlığın siyasi maraqlara və şəxsi mənafe axtarışlarına alət edilə bilməyəcəyini vurğulayıb. O, son günlər sosial şəbəkələrdə və bəzi media orqanlarında iki ölkənin münasibətlərini hədəf alan spekulyasiyaların yayıldığını bildirərək bu cür materialları narazılıqla izlədiyini qeyd edib.

Özcan Qarsdan, Qafqazın giriş qapısından səslənərək Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin diplomatik müzakirələrə və siyasi manipulyasiyalara qurban verilə bilməyəcəyini deyib. Onun sözlərinə görə, “Bir millət, iki dövlət” anlayışı sadəcə siyasi şüar deyil, Qarabağda şəhidlərin qanı ilə bədəli ödənilmiş və Şuşa Bəyannaməsi ilə möhürlənmiş tarixi anddır.

O, hər iki dövlətin suveren hüquqlarına hörmət edilməsinin vacibliyini vurğulayaraq təhsil siyasətindən ictimai həyat tərzinə qədər bütün qərarların dövlətlərin öz suverenlik çərçivəsində qəbul edildiyini bildirib.
O bildirib ki, türk millətçiləri və ülküçü hərəkat iki ölkənin arasını vurmağa yönələn hər cür təbliğat və manipulyasiya cəhdinin qarşısında dayanacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.