Press "Enter" to skip to content

Şamil Ayrım: Prezident İlham Əliyevi, onun ailəsini və müstəqil can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram

Şamil Ayrım

Son yeniləmə: 22 Oktyabr 2026

AK Pari İstanbul millət vəkili parlamentdəki çıxışında “AK Partinin, Türkiyə hökumətinin və Cümhur İttifaqının mövqeyi aydındır” deyib

BAYRAQDAR MEDİA – Türkiyə-Azərbaycan münasibətləri gündəlik siyasətə alət edilə bilməyəcək qədər dərin köklərə və qədim tarixə malikdir.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) və ya onun təmsil etdiyi siyasi düşərgənin mövqeyini ifadə edən AK Parti İstanbul millət vəkili Şamil Ayrım deyib.

O, bununla bağlı X sosial şəbəkə hesabından paylaşım da edib.

Parlamentdəki çıxışında o, vurğulayıb ki, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın da qeyd etdiyi kimi, iki ölkə arasındakı bağlar dövlətlərarası münasibətlərdən daha geniş məna daşıyır.

“Prezident İlham Əliyevi, onun ailəsini və müstəqil can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram. Tənqid başqa şeydir, alçaldıcı ifadələr işlətmək isə tamam başqa”, – deyə çıxışda bildirilib.

Qeyd olunub ki, Türkiyə Böyük Millət Məclisinin kürsüsü iki qardaş xalqın münasibətlərini gücləndirən fikirlərin səsləndirildiyi məkan olmalıdır.

Çıxışda AK Partinin, Türkiyə hökumətinin və Cümhur İttifaqının mövqeyinin aydın olduğu vurğulanıb. Bildirilib ki, Cümhurbaşqanı Recep Tayyip Erdoğanın müəyyən etdiyi çərçivədən kənara çıxan yanaşma qəbul edilmir.

“Türkiyə güclüdür, can Azərbaycan güclüdür. Bir millət, iki dövlət – birlikdə daha güclüyük!” – deyə çıxışda vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.