Press "Enter" to skip to content

Donald Tramp: İran dünyanın ən böyük terror dəstəkçisidir

ABŞ Prezidenti Donald Tramp

BAYRAQDAR MEDİA – ABŞ Prezidenti Donald Tramp İran rejimini “dünyanın ən böyük dövlət terror dəstəkçisi” adlandıraraq Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bildirib. O, həmçinin İran rejimi ilə müharibənin yaxın zamanda başa çatacağını deyib.

Xəbəri “Araz News” Telegram kanalı yayımlayıb.

Xəbərdə deyilir ki, “Tramp 12 oktyabr 2026-cı ildə Ohayo ştatında keçirilən seçki toplantısında İran rejimi ilə müharibənin tezliklə sona çatacağını və bundan sonra benzin qiymətlərinin aşağı düşəcəyini bildirib. ABŞ Prezidenti İran rejiminə qarşı müharibəyə başlamaq qərarını müdafiə edərək əvvəlki ABŞ prezidentlərinin belə bir addımı illər əvvəl atmalı olduqlarını söyləyib”.

Bildirilib ki, “bu açıqlamalar ABŞ-da aralıq seçkilər ərəfəsində səsləndirilib. “Associated Press” və Çikaqo Universitetinin araşdırma mərkəzinin birgə sorğusuna əsasən, amerikalı yetkinlərin 65 faizi qiymətlərin artmasında Trampın siyasətlərinin rol oynadığını düşünür”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.