BAYRAQDAR MEDİA – Türkiyənin Gənclər və İdman Nazirliyinin Gənclik Xidmətləri Baş İdarəsi tərəfindən həyata keçirilən Universitet Tələbə Cəmiyyətləri Əməkdaşlıq və Dəstək Proqramının (ÜNİDES) VII mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, Erciyes Universitetinin tələbə cəmiyyətləri tərəfindən hazırlanmış 19 layihə maliyyə dəstəyi almaq hüququ qazanıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, Türkiyə üzrə ümumilikdə 5605 müraciətin daxil olduğu proqram çərçivəsində 1276 layihə seçilib. Universitet tələbələrinin əldə etdiyi bu nəticə ali təhsil müəssisəsində layihə hazırlamaq ənənəsinin və gənclərin innovativ ideyalarının inkişaf etdiyini göstərib. Uğur tələbələrin təşəbbüskarlığının və ictimai fəaliyyətinin dəstəklənməsi baxımından əhəmiyyətli hesab olunur.
Universitetin rektoru professor Kuddusi Erkılıç dəstək almaq hüququ qazanan bütün tələbə cəmiyyətlərini və layihələrə töhfə verən akademik məsləhətçiləri təbrik edib. O, layihələrin həyata keçirilməsində iştirak edəcək tələbələrə uğurlar arzulayıb.






İlk şərhi yaza bilərsiniz