Press "Enter" to skip to content

Fazil Mustafadan çağırış

Fazil Mustafa çıxış edərkən

Çağdaş vətənpərvərlik tərbiyəsinin mühüm vəzifələrindən biri də informasiya məkanında hazırlıqlı, məsuliyyətli və ayıq-sayıq vətəndaş yetişdirməkdir

BAYRAQDAR MEDİA – “Hərbi-vətənpərvərlik tərbiyəsində ənənəvi üsullarla yanaşı, çağdaş təbliğat və maarifləndirmə vasitələrindən də səmərəli istifadə vacibdir. Rəqəmsal çağın gəncləri ilə onların maraq dairəsinə, dünyagörüşünə və informasiya əldə etmək vərdişlərinə uyğun ünsiyyət qurulması, sosial şəbəkələrin, sənədli filmlərin, elektron yaddaş resurslarının, interaktiv layihələrin imkanlarından yararlanılması bu sahədə görülən işlərin təsir gücünü artıra bilər”.

Bunu Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda keçirilən tədbirdəki çıxışında bildirib.

F.Mustava deyib ki, gənclərin tənqidi düşüncə və media savadlılığına yiyələnməsi, dezinformasiyanı, manipulyativ çağırışları və milli həmrəyliyə zərər vura biləcək informasiya təsirlərini ayırd etmək bacarığının inkişaf etdirilməsi önəmlidir. Bu mənada, çağdaş vətənpərvərlik tərbiyəsinin mühüm vəzifələrindən biri də informasiya məkanında hazırlıqlı, məsuliyyətli və ayıq-sayıq vətəndaş yetişdirməkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.