Press "Enter" to skip to content

Veteranlar gənc nəslin tərbiyəsində müstəsna rolu malikdir

Fazil Mustafa

Komitə sədri onların milli yaddaşın daşıyıcıları, nəsillərarası mənəvi bağın qoruyucuları olduğunu bildirib

BAYRAQDAR MEDİA – “Veteranların həyat və döyüş təcrübəsinin sistemli şəkildə öyrənilməsi, onların iştirakı ilə təhsil müəssisələrində görüşlərin keçirilməsi, xatirələrinin sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması mühüm mənəvi-ictimai əhəmiyyətə malikdir”.

Bunu Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda keçirilən tədbirdəki çıxışında bildirib.

Komitə sədri veteranların gənc nəslin tərbiyəsindəki müstəsna roluna diqqət çəkən komitə sədri onların milli yaddaşın daşıyıcıları, nəsillərarası mənəvi bağın qoruyucuları olduğunu bildirib

Fazil Mustafa hərbi-vətənpərvərlik tərbiyəsinin yalnız ayrı-ayrı dövlət qurumlarının və ya təhsil müəssisələrinin fəaliyyət sahəsi kimi qəbul edilməsinin doğru olmadığını, bu işdə ailənin, veteran təşkilatlarının, digər vətəndaş cəmiyyəti institutlarının, mədəniyyət və incəsənət xadimlərinin, medianın da üzərinə məsuliyyət düşdüyünü diqqətə çatdırıb: “Bu yöndə həyata keçirilən layihələrin epizodik və formal xarakter daşımaması, davamlılığa, tarixi həqiqətə, humanizm prinsiplərinə və konkret nəticələrə əsaslanması, gənclərin həm də fəal iştirakçı kimi prosesə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Vətənpərvərlik tərbiyəsinin təsir gücü yetişən nəslin düşüncəsində, davranışında və vətəndaş mövqeyində yaratdığı müsbət dəyişikliklərlə ölçülməlidir”.

 

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.