BAYRAQDAR MEDİA – Ordu Böyükşəhər Bələdiyyəsi ilə Vilayət Milli Təhsil İdarəsi arasında təhsil sahəsində əməkdaşlıq protokolu imzalanıb. Valilikdə keçirilən mərasimdə Ordu valisi Muammer Erol, Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Hilmi Güler və Vilayət Milli Təhsil müdiri Mehmet Fatih Vargeloğlu sənədə imza atıblar.
Protokol çərçivəsində idman, mədəniyyət, incəsənət, elm, texnologiya, layihələr, müsabiqələr və təhsil müəssisələrinin inkişafı istiqamətində birgə fəaliyyət nəzərdə tutulur. Həmçinin iqlim dəyişikliyi, sıfır tullantı və ətraf mühitin qorunması sahələrində maarifləndirmə işlərinin aparılması planlaşdırılır. Əməkdaşlıq çərçivəsində beş ildir keçirilən “Mübahisə deyil, debat” adlı liseylərarası yarışmanın davam etdirilməsi, sınaq imtahanlarının təşkili, məktəb həyətlərinin yenilənməsi və yüksək nəticə göstərən şagirdlərin mükafatlandırılması da nəzərdə tutulub. Vali Muammer Erol protokolun təhsil sahəsinə fayda gətirəcəyinə ümidvar olduğunu bildirərək bələdiyyə sədrinə dəstəyinə görə təşəkkür edib.






İlk şərhi yaza bilərsiniz