Son yeniləmə: 26 Noyabr 2026
BAYRAQDAR MEDİA – Elazığ Bələdiyyəsinin sədri Şahin Şerifoğullarının təşəbbüsü ilə Şahinkaya məhəlləsində yaradılan 19,5 MVt gücündə Günəş Elektrik Stansiyasında (GES) elektrik enerjisinin istehsalına başlanılıb. Bələdiyyənin İqlim Dəyişikliyi və Sıfır Tullantı İdarəsinin koordinasiyası ilə 227 min kvadratmetr ərazidə inşa edilən stansiya tamamlanaraq istismara hazır vəziyyətə gətirilib.
Bu barədə verilən məlumatda deyilir ki, Türkiyə Elektrik Paylama Şirkətinin (TEDAŞ) nümayəndə heyəti obyektdə texniki yoxlamalar aparıb, transformatorlar, invertorlar, günəş panelləri və digər avadanlıqların vəziyyətini araşdırıb. Yoxlamalardan sonra stansiyanın qəbul prosedurları tamamlanıb və müvafiq sənədlər TEDAŞ-ın Baş İdarəsinə göndərilib.
Qəbul prosesindən sonra həmin gün elektrik enerjisinin istehsalına başlanılıb və istehsal olunan enerjinin hesablaşma sistemi də fəaliyyətə qoşulub. Ümumilikdə 32 min 950 fotovoltaik paneldən ibarət stansiyanın ildə 35 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu həcmdə enerji təxminən 10 min ev təsərrüfatının illik tələbatına bərabərdir və layihənin bələdiyyənin enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmasına imkan verəcəyi bildirilir.






İlk şərhi yaza bilərsiniz