BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Dövlətin idarə olunmasında iştirak hüququ: nəzəri və praktiki təhlil” mövzusunda təlim keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təlim zamanı Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Hüquqi təminat sektorunun müdiri Ülviyyə Bədəlova tərəfindən iştirakçılara dövlətin idarə edilməsində iştirak hüququnun konstitusion əsasları, yeni qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin dövlət qulluğu sisteminə gətirdiyi yeniliklər, dövlət qulluğu vəzifələrinin tutulması üsulları ilə bağlı ətraflı məlumatlar verilib.
Təlimin sonunda dövlət qulluğu keçmə ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






İlk şərhi yaza bilərsiniz