Press "Enter" to skip to content

Ruanda vətəndaşları Azərbaycanda təhsil alacaq

Ruanda vətəndaşları Azərbaycanda təhsil alacaq

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 20 nəfər Ruanda vətəndaşı Azərbaycanda ali təhsil almaq hüququ qazanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Proqram iştirakçıları bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Tibb Universitetində təhsil alacaqlar. Təhsil proqramları texniki və texnoloji, eləcə də əsas (baza ali) tibb ixtisas qruplarını əhatə edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.