BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyində (SXA) korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov qonaqlara qurumun əsas fəaliyyət istiqamətləri, həssas əhali qruplarına aid şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin Agentliyin fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməsi, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və xidmətlərdən yararlanmaq imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən layihələr diqqətə çatdırılıb”.
Daha sonra xəbərdə, “görüş zamanı korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsində vətəndaş cəmiyyəti institutlarının, xüsusilə də QHT-lərin mühüm rolu vurğulanıb. Görüş dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən müvafiq sahədə birgə fəaliyyət imkanlarının nəzərdən keçirilməsi məqsədi daşıyıb” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz