Press "Enter" to skip to content

Atatürk Universiteti dünya üzrə 708-ci yeri tutub

Son yeniləmə: 26 Noyabr 2026

BAYRAQDAR MEDİA – Atatürk Universiteti QS Dünya Universitetlərinin 2027-ci il Davamlılıq Reytinqində dünya üzrə 708-ci yeri tutub. Universitet bu nəticə ilə Türkiyənin ilk 1000-likdə yer alan 23 ali təhsil müəssisəsindən biri olub.

Bu barədə məlumatda deyilir ki, Türkiyə üzrə dövlət universitetləri arasında isə 9-cu pillədə qərarlaşıb. 107 ölkə və regiondan 2003 universitetin qiymətləndirildiyi reytinqdə Türkiyə 62 ali təhsil müəssisəsi ilə təmsil olunub.

Ötən il bu göstərici 53 universitet təşkil etdiyi halda, cari ildə artım qeydə alınıb. Türkiyə reytinqdə ən çox universitetlə təmsil olunan ölkələr arasında dünyada 6-cı, Avropa və Asiyada isə 3-cü yerdə qərarlaşıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.