Son yeniləmə: 26 Noyabr 2026
BAYRAQDAR MEDİA – Ege Universitetinin Tibb fakültəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və gələcəyin həkimlərinin daha yüksək səviyyədə hazırlanması məqsədilə “Tədris Proqramının Təkmilləşdirilməsi Qurultayı – EPİK-2026” keçirilib. Muhiddin Erel Amfiteatrında təşkil olunan tədbirdə universitet rəhbərliyi, akademik heyət, fakültə təhsil koordinatorları, rezidentlər və tələbə nümayəndələri iştirak ediblər.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, Qurultayın açılışında rektorun müavini professor Tahir Yağdı və dekan müavini professor Hatice Şahin çıxış edərək təhsildə davamlı inkişafın əhəmiyyətini vurğulayıblar. Tədbirin ilk günündə işçi qrupları tədris proqramının struktur bütövlüyü, praktiki təhsil, qiymətləndirmə, klinik təlim və ixtisas hazırlığı istiqamətlərində apardıqları təhlilləri və fəaliyyət təkliflərini təqdim ediblər. İkinci gündə isə tədris keyfiyyətinin təminatı, imtahan nəticələrinin təhlili, inteqrasiya olunmuş təlim sistemləri və strateji planlaşdırma məsələləri müzakirə edilib.
Qurultayda əldə olunan nəticələrin Ege Universitetinin Tibb fakültəsinin 2027–2031-ci illər üzrə Strateji Planına daxil edilməsi nəzərdə tutulur. Fakültə rəhbərliyi tədbirin gələcək həkimlərin daha müasir və keyfiyyətli təhsil almasına, eləcə də tədris sisteminin davamlı təkmilləşdirilməsinə mühüm töhfə verəcəyini bildirib.






İlk şərhi yaza bilərsiniz