Press "Enter" to skip to content

Professor və həmkarlarının ixtirasına 5-ci patent verilib

Professor və həmkarlarının ixtirasına 5-ci patent verilib

BAYRAQDAR MEDİA – Azərbaycan Tibb Universitetinin (ATU) Ümumi cərrahlıq kafedrasının əməkdaşı, Prof. Novruz Hacıyev və həmkarlarının növbəti ixtirası patentləşdirilib.

Bu haqda BAYRAQDAR MEDİA-ya professorun özü məlumat verib.

Xəbərdə bildirilir ki, “müəlliflərin “Xora mənşəli qastroduodenal qanaxmaların erkən residivinin proqnozlaşdırma üsulu” adlı ixtirasına Avrasiya Patent Təşkilatı tərəfindən patent verilib. Yeni üsul qastroduodenal qanaxmalar zamanı dayandırılmış qanaxmanın erkən dövrdə təkrarlanma ehtimalını proqnozlaşdırmağa imkan verir. Bu isə vaxtında düzgün müalicə taktikasının seçilməsinə, zərurət yarandıqda qabaqlayıcı cərrahi müdaxilənin həyata keçirilməsinə, müalicə nəticələrinin yaxşılaşdırılmasına və ölüm hallarının azaldılmasına şərait yaradır”.

Daha sonra xəbərdə, “qeyd edək ki, bu, müəlliflərin son iki ildə Avrasiya Patent Təşkilatından aldıqları sayca beşinci patentdir. Eyni zamanda, müəlliflərin son iki ildə Scopus bazasına daxil olan beynəlxalq jurnallarda bir Q1, üç Q3 və bir Q4 səviyyəli elmi məqaləsi dərc olunub. N.Hacıyev indiyədək 500-ə yaxın elmi əsərin, 8 ixtira və patentin, 3 səmərələşdirici təklifin, bir monoqrafiya və iki dərsliyin müəllifidir” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.