BAYRAQDAR MEDİA – Türkiyənin Eskişehir şəhərində təqaüdçülər yaşadıqları iqtisadi çətinliklərə diqqət çəkmək məqsədilə fərqli etiraz aksiyası keçiriblər. Bütün Təqaüdçülər Həmkarlar İttifaqının üzvləri və onlara dəstək verən digər təqaüdçülər Köprübaşı ərazisindən Hamamyoluna qədər zurna və nağara sədaları altında yürüş ediblər. İştirakçılar etiraz plakatlarını tərsinə çevirərək dolanışıq problemlərini ironik şüarlarla ifadə ediblər.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Məlumata görə, yürüş zamanı “Təqaüdçünün maaşına artım yox, təqaüdçünün maaşından artım azaldılsın” şüarı səsləndirilib.
Təqaüdçülər qeyri-adi etiraz üsulu ilə, yəni şüarları başayaq tutmaqla sosial problemlərinin diqqət mərkəzinə gətirilməsini istəyiblər.






İlk şərhi yaza bilərsiniz