Press "Enter" to skip to content

Azərbaycanın boksçularının Avropa çempionatında uğuru

Azərbaycanın boksçularının Avropa çempionatında uğuru

BAYRAQDAR MEDİA – Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə qeyd edilir ki, “Azərbaycan millisinin iki idmançısı görüşünü qələbə ilə başa vuraraq finala vəsiqə qazanıb. Bilalhəbaşi Nəzərov (50 kq) David Zaxari (İsrail) ilə üz-üzə gəlib. Hər 3 raundu aktivinə yazan boksçu yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Nəzərov finalda Tevfik Akkasla (Türkiyə) gücünü yoxlayacaq. Nicat Alırzayev (70 kq) Cemal Cemmalı (Fransa) məğlub edib – 4:1 (29:28, 30:27, 30:27, 28:29, 29:28). O, qızıl medal döyüşündə Zviad Tçotçua (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək”.

Digər boksçulardan Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc medalla başa vurublar.

Qeyd edək ki, final döyüşləri noyabrın 24-də olacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.