Press "Enter" to skip to content

Mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

Görüşdən foto

BAYRAQDAR MEDİA – İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz Beynəlxalq Qalereyanın qonağı olub. Görüşdə Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, “AMedia” MMC-nin rəhbəri Aygün Əzizova və Xəbər Times saytının foto müxbiri Camal İsgəndərov iştirak ediblər.

Bu barədə Beynəlxalq Qalereyadan məlumat verilib.

Məlumata görə, görüş çərçivəsində səfir Beynəlxalq Qalereyanın fəaliyyəti, həyata keçirdiyi mədəni layihələr və incəsənət istiqamətində gördüyü işlərlə tanış olub.

Söhbət zamanı iki xalq arasında mədəni əlaqələrin genişləndirilməsi, incəsənət sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı mədəni mübadilənin təşviqi, eləcə də hər iki ölkənin rəssamlarının iştirakı ilə birgə rəsm sərgilərinin təşkili və digər layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Görüş iştirakçıları mədəniyyət və incəsənətin xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, qarşılıqlı anlaşma və dialoqun inkişafında mühüm rolunu vurğulayaraq, gələcək əməkdaşlıq istiqamətində bir sıra təşəbbüsləri nəzərdən keçiriblər.

Görüş mədəni əlaqələrin inkişafı, yeni yaradıcı platformaların formalaşdırılması və birgə layihələrin reallaşdırılması baxımından əhəmiyyətli olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.