BAYRAQDAR MEDİA – Erciyes Universitetinin KANKA Uşaq Hematologiya, Onkologiya və Sümük İliyi Xəstəxanasında müalicə alan uşaqlar üçün mənəvi dəstək tədbiri təşkil olunub. Tədbirdə universitetin rektoru professor Kuddusi Erkılıç, professor Musa Karakürkçü, akademiklər, uşaqlar və onların yaxınları iştirak ediblər. Rektor çıxışında əvvəlcə Malatyada baş vermiş helikopter qəzasında şəhid olan hərbçilərə Allahdan rəhmət, ailələrinə və xalqımıza başsağlığı diləyib.
O, universitet nəzdində belə bir xəstəxananın fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edərək uşaqların və ailələrinin burada yüksək səviyyədə tibbi və sosial dəstək aldığını bildirib. Professor Erkılıç CAR-T hüceyrə müalicəsinin gələcəkdə bu xəstəliklərin müalicəsində daha böyük nailiyyətlərə imkan yaradacağını vurğulayıb. Professor Musa Karakürkçü xəstəxanada görülən işlər barədə məlumat verib. Tədbir çərçivəsində uşaqlar Böyükşəhər Bələdiyyəsinin İdman A.Ş. qurumunun təşkil etdiyi oyun meydançalarında əylənib, rektor isə onlarla və ailələri ilə söhbət edərək xatirə şəkilləri çəkdirib.






İlk şərhi yaza bilərsiniz