BAYRAQDAR MEDİA – ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan “ƏDV geri al” mexanizminin tətbiqi Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir.
Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, 2026-cı ilin yanvar – oktyabr ayları ərzində muxtar respublika üzrə istehlakçılara 1,7 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 5,9 milyon manata yaxın olub.






İlk şərhi yaza bilərsiniz