Press "Enter" to skip to content

Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında ekspert görüşü

Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında ekspert görüşü

BAYRAQDAR MEDİA – Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən Bakıda “Pilotsuz sistemlərin tətbiqi və bölmələrin hazırlıq səviyyəsinin təmin edilməsi üzrə ekspert görüşü” keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “görüşdə iki ölkənin silahlı qüvvələrində mövcud olan pilotsuz uçuş sistemləri barədə ətraflı məlumat verilib, insansız qüvvələrin təşkili, həmçinin texniki xidmət istiqamətlərində geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, pilotsuz uçuş sistemlərinin tətbiqi imkanları, radioelektron mübarizə və hava hücumundan müdafiə sistemlərinə qarşı effektiv qorunma yolları müzakirə olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb”.

Qeyd edək ki, ekspert görüşü iki ölkə arasında pilotsuz uçuş sistemləri sahəsində qarşılıqlı təcrübə mübadiləsi və döyüş hazırlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.