Press "Enter" to skip to content

“Bir Zəfər, iki şəhər” konsert proqramı keçirilib

Tədbirdən foto

BAYRAQDAR MEDİA – 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində “Bir Zəfər, iki şəhər” adlı konsert proqramı təşkil olunub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və Bakı Mədəniyyət Mərkəzinintəşkilatçılığı ilə tarixi və məşhur “Grand Pera Emek” səhnəsində keçirilən tədbirdə yüzlərlə soydaşımız, eləcə də mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Konsertdən əvvəl “Grand Pera Emek” səhnəsinin foyesində iştirakçılara Elsevər Ömərovun təqdimatında Azərbaycan milli mətbəxinin təamları təqdim edilib. Pianoçu Günel Nəsirovanın canlı ifaları tədbirə xüsusi bayram ovqatı qatıb.

Tədbirin rəsmi hissəsində Azərbaycanın İstanbul şəhərindəki Baş konsulu Zamin Əliyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və Bakı Mədəniyyət Mərkəzinin rəhbəri Emil Davudzadə və Azərbaycanın məşhur komediya layihəsi olan “Bu şəhərdə”nin rəhbəri, direktoru və ssenaristi Müşfiq Abbasov çıxış ediblər.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən, Azərbaycan-Türkiyə qardaşlığından, xaricdə yaşayan soydaşlarımız arasında milli həmrəyliyin möhkəmləndirilməsinin vacibliyindən və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının önəmindən bəhs olunub.
Bədii hissədə Azərbaycanın Əməkdar artistləri Rafael İsgəndərov və Coşqun Rəhimov “Bu şəhərdə” konsert-tamaşası ilə çıxış ediblər. Həmçinin Lalə Tağıyevanın solisti olduğu “Rapsodi” və “Rüzgar” musiqi qrupları, pianoçu Cəmil Abdullayev, müğənnilər Jay Meel, Əli Türkoğlu, Arif Neymətov və Fidan Hüseynova səhnə alıblar.

Qeyd edək ki, “Bir Zəfər, iki şəhər” konsert proqramı yeni yaradılan BakıMədəniyyət Mərkəzinin ilk böyük mədəniyyət layihəsidir.Tədbirin rejissoru Vüqar İslamzadə olub, layihənin təşkilati işlərinə Abdul Abdullayev rəhbərlik edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.