Press "Enter" to skip to content

İki qardaş ölkə arasında əlaqələr dərinləşir

Tədbirdən foto

Bakıda KKTC-nin müstəqilliyinin 43-cü ildönümü ilə bağlı rəsmi qəbul keçirildi

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) müstəqilliyinin elan edilməsinin 43-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirildi.

Əvvəlcə Azərbaycanın Dövlət Himni və İstiqlal Marşı səsləndirildi, hər iki xalqın şəhidlərinin xatirəsi ehtiramla yad edildi.

KKTC-nin yaradılması bu mübarizənin tarixi nəticəsi idi

Sonra çıxış edən KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arça Turganer Kıbrıs türk xalqının azadlıq, varlığını qorumaq və öz müqəddəratını təyin etmək uğrunda mübarizəsindən bəhs etdi. O, 1983-cü il noyabrın 15-də KKTC-nin yaradılmasını bu mübarizənin tarixi nəticəsi kimi qiymətləndirdi, Türkiyənin dəstəyinin dövlətin inkişafında və təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğuladı.

U.Turqaner KKTC ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, turizm, səhiyyə və ali təhsil sahələrində əlaqələrin inkişaf etdiyini bildirdi. O, 2024-cü ildə iki ölkənin parlamentləri arasında dostluq qrupunun yaradılmasının münasibətlərin genişlənməsinə yeni imkanlar açdığını qeyd etdi.

Ufuk Arça Turganer: Bu hadisə KKTC-nin və Kıbrıs türk xalqının türk dünyasının ayrılmaz bir hissəsi olduğunu bir daha təsdiqlədi

Ufuk Arça Turganer çıxışında 2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə KKTC-yə təşkilatda müşahidəçi statusunun verilməsini də xüsusi vurğuladı: “Bu hadisə KKTC-nin və Kıbrıs türk xalqının türk dünyasının ayrılmaz bir hissəsi olduğunu bir daha təsdiqlədi”.

Ufuk Arca Turganer
Ufuk Arca Turganer

Nümayəndəliyin rəhbəri çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin Kıbrıs türklərinə göstərdiyi dəstəyi xüsusi olaraq vurğuladı və bu dəstəyə görə təşəkkür etdi: “Türk dünyasının ayrılmaz bir hissəsi olan KKTC ilə qardaş Azərbaycan arasındakı misilsiz əlaqələr çərçivəsində ölkələrimiz arasında iqtisadiyyat, ticarət, turizm, səhiyyə və ali təhsil sahələrində əməkdaşlıq və münasibətlər gündən-günə artır və dərinləşir”.

Cavanşir Feyziyev: Bu, türk dövlətləri arasında birlik və həmrəyliyin təzahürüdür

Milli Məclisin deputatı, Azərbaycan–Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev KKTC-nin yaradılmasını Türk dünyası tarixində milli iradənin və müstəqillik uğrunda siyasi mübarizənin parlaq nümunələrindən biri kimi səciyyələndirdi.

Cavanşir Feyziyev
Cavanşir Feyziyev

Deputat qeyd etdi ki, KKTC-nin 2022-ci ildə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsi, eləcə də Türk dünyasının Şuşa və Qəbələ Zirvə toplantılarında təmsil olunması türk dövlətləri arasında birlik və həmrəyliyin təzahürüdür.

C.Feyziyev 1997-ci ildə KKTC-nin Azərbaycandakı nümayəndəliyinin açılmasını ikitərəfli əlaqələrin əsasının qoyulması baxımından mühüm hadisə kimi dəyərləndirdi: “Ölkələrimiz arasında birbaşa əlaqələrin əsası 1997-ci ildə Azərbaycanda KKTC-nin Nümayəndəliyinin açılması ilə qoyulub”.

Qəbul zamanı
Qəbul zamanı

O, 2024-cü ildə parlamentlərarası İşçi qrupunun yaradılmasının siyasi, iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafına yeni töhfə verdiyini vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dostluq və əməkdaşlıq siyasətinə uyğun olaraq bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.

Tədbir bədii hissə ilə davam edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.