Press "Enter" to skip to content

Azərbaycanın COP31 çərçivəsində İkinci İkiillik Şəffaflıq Hesabatı

Azərbaycanın COP31 çərçivəsində İkinci İkiillik Şəffaflıq Hesabatı

BAYRAQDAR MEDİA – COP31 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Paris Sazişi üzrə öhdəliklərin yerinə yetirilməsində şəffaflığın təmin edilməsi istiqamətində “Birinci İkiillik Şəffaflıq Hesabatından (BTR1) İkinci İkiillik Şəffaflıq Hesabatına (BTR2): hesabatlılığın təkmilləşdirilməsi və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva BTR2-ni təqdim edib. Görüşdə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin Şəffaflıq Bölməsinin direktoru, COP29-un prezidenti və Qlobal Ekoloji Fondun (GEF) nümayəndəsi çıxış ediblər”.

Daha sonra xəbərdə, “BTR2-nin təqdimatı iştirakçılar tərəfindən təqdirəlayiq qarşılanıb. Tədbir çərçivəsində 1990–2024-cü illəri əhatə edən istixana effekti yaradan qaz emissiyalarının əsas sektorlar üzrə inventarlaşdırılmasının təkmilləşdirilməsi, milli hesabatlılıq potensialının gücləndirilməsi və bu sahədə beynəlxalq təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.