Press "Enter" to skip to content

Hindistan səfiri ilə görüş

Hindistan səfiri ilə görüş

BAYRAQDAR MEDİA – Noyabrın 17-də mədəniyyət naziri Adil Kərimli Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abhay Kumar ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Azərbaycanda səfir kimi fəaliyyətə başlaması münasibətilə A.Kumarı təbrik edən nazir ona uğurlar arzulayıb. A.Kərimli deyib ki, Azərbaycan ilə Hindistan arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı mədəni mübadilənin təşviqi və birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur”.

Ardınca xəbərdə, “A.Kumar səmimi qəbula görə təşəkkür edib, ölkəsinin Azərbaycanla mədəni əlaqələrin inkişafında və yeni əməkdaşlıq təşəbbüslərinin reallaşdırılmasında maraqlı olduğunu vurğulayıb. Diplomat, eyni zamanda, Hindistanın mədəni irsinin, kino sənəti və mətbəx mədəniyyətinin təbliğinə yaratdığı şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycan-Hindistan mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.