Press "Enter" to skip to content

Nazir Çin səfiri ilə görüşüb

Nazir Çin səfiri ilə görüşüb

BAYRAQDAR MEDİA – Noyabrın 17-də mədəniyyət naziri Adil Kərimli Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “səfiri salamlayan nazir Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini, bu əlaqələrin təməlində hər iki ölkə liderinin qarşılıqlı etimada əsaslanan münasibətlərinin dayandığını vurğulayıb. Qeyd olunub ki, siyasi və iqtisadi sahələrdə mövcud əməkdaşlıq mədəni əlaqələrin genişləndirilməsi üçün də əlverişli zəmin yaradır”.

Daha sonra xəbərdə, “görüşdə Azərbaycan-Çin mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Mədəniyyətin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili, mədəni irs, muzey işi və yaradıcı sənayelər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. L.Mey səmimi qəbula görə təşəkkürünü bildirərək ölkəsinin Azərbaycanla mədəni əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib” deyə qeyd olunur.

Görüşdə iki ölkə arasında mədəni əməkdaşlığın daha da dərinləşdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.