BAYRAQDAR MEDİA – Doğu Akdeniz Regional Karyera Sərgisi (DABKAF’26) Kahramanmaraş Sütçü İmam Universitetinin (KSÜ) ev sahibliyi ilə keçirilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, Əmək və Sosial Müdafiə Nazirliyi və Türkiyə İş Agentliyinin (İŞKUR) birgə təşkilatçılığı, KSÜ-nün əməkdaşlığı ilə keçirilən sərgi “Gəncliyin istehsal dövrü” mövzusuna həsr olunub. Osmaniye Korkut Ata Universitetinin məlumatına görə, tədbirdə 14 universitet və 98 şirkət iştirak edib. Sərgidə Osmaniye Korkut Ata Universitetini Karyera İnkişafı Tətbiq və Araşdırma Mərkəzinin direktoru dosent Hakan Güneş və direktor müavini Seher Yıldırım təmsil ediblər. İki gün ərzində universitetin stendini ziyarət edənlərə təhsil imkanları, akademik potensial və tələbələr üçün karyera perspektivləri barədə məlumat verilib.
Sərginin sonunda KSÜ rektoru İbrahim Taner Okumuş, İŞKUR-un Kahramanmaraş üzrə rəhbəri Ali Güner və Sosial Təminat Qurumunun yerli rəhbəri Hüseyin Karaoğlan universitet nümayəndələrinə iştirak sertifikatı təqdim ediblər.






İlk şərhi yaza bilərsiniz