Press "Enter" to skip to content

İki mühüm məsələyə həsr edilmiş konqres keçirilib

Süleyman Demirel Üniversiteti Araşdırma və Tətbiq Xəstəxanası

BAYRAQDAR MEDİA – Süleyman Demirəl Universitetinin Tibb fakültəsinin ev sahibliyi etdiyi 5-ci Beynəlxalq və 8-ci Milli Səhiyyə Xidmətləri Konqresi bu il “Qeyri-adi vəziyyətlərdə və fəlakətlər zamanı səhiyyə xidmətləri” mövzusuna həsr olunub.

Bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, tədbir alimləri, tədqiqatçıları və səhiyyə mütəxəssislərini bir araya gətirib. Konqres universitetin Kamera Orkestrinin musiqi proqramı ilə başlayıb. Açılışda çıxış edən Təşkilat Komitəsinin rəhbəri, dosent Fuat İncə yerli və xarici həkimlərin, alimlərin və tələbələrin iştirakı ilə elmi araşdırmaların, yenilikçi ideyaların və tətbiqi nəticələrin müzakirəsinin nəzərdə tutulduğunu bildirib.

İsparta Ağız və Diş Sağlamlığı Mərkəzinin baş həkimi Özer Emin Akduman konqresin səhiyyə xidmətlərinin inkişafına və qurumlararası əməkdaşlığın güclənməsinə töhfə verəcəyini qeyd edib. Tehran Tibb Elmləri Universitetinin müəllimi, dosent Arman Zəngaran isə əvvəlki birgə tədqiqatların çoxsaylı elmi nəşrlərlə nəticələndiyini xatırladaraq əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. O, təbii fəlakətlərin, insan fəaliyyəti nəticəsində yaranan faciələrin və müharibələrin bölgə üçün ciddi problemlər yaratdığını, bu baxımdan fəlakət təbabətinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.