BAYRAQDAR MEDİA – Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Respublika Qan Bankının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbirdə institutun 90 nəfərədək heyəti iştirak edib. Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının tibb briqadası donorların sağlamlıqlarını yoxladıqdan sonra onlardan qan götürüb. Götürülən qan nümunələri müayinə edildikdən sonra sertifikatlaşdırılaraq qan ehtiyatların artırılması və ehtiyacı olan insanların müalicəsində istifadə olunması üçün təhvil verilib”.
Tədbirin əsas məqsədi cəmiyyətdə və orduda könüllü və təmənnasız qan donorluğu ənənələrinin qorunub saxlanması, donor fəaliyyətinin əhəmiyyətini təbliği və cəmiyyətdə humanizm dəyərlərinin təşviqidir.





İlk şərhi yaza bilərsiniz